"Tofiq Yaqublu məhkəmə heyətinin diqqətinə çatdırdı ki, qələbəyədək aclığı davam etdirəcək"
Your browser doesn’t support HTML5
Sentyabrın 2-də Nizami rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyanın üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib. Tofiq Yaqublu həbsinə və ədalətsiz mühakiməsinə etiraz olaraq məhkəmə zalında aclığa başladığını elan edib.
"Tofiq Yaqublu məhkəmə heyətinin diqqətinə çatdırdı ki, qələbəyədək aclığı davam etdirəcək," onun qızı Nigar Həzi qeyd edib.
Tofiq Yaqublu barədə hökmün oxunması sentyabrın 3-dək təxirə salınıb.
Dövlət itthamçısı məhkəmədən Yaqubluya 4 il 6 ay həbs istəyib.
Nigar Həzi atasının sağlamlığına görə, hakimiyyətin məsuliyyət daşıdığını bildirib.
Məhkəmədən sonra bir qrup ictimai fəal etiraz olaraq yürüş keçirib. Aksiyada "İstefa!", "Tofiq Yaqubluya azadlıq!", "Siyasi məhbuslara azadlıq!" və digər şüarlar səsləndirilib.