Cənubi Koreyanın kinoteatrları müştəriləri yenidən cəlb etməyin yollarını axtarır

Your browser doesn’t support HTML5

Cənubi Koreyanın kinoteatrları yenidən müştərilini cəlb etməyin yollarını axtarır

Cənubi Koreyada həyat yavaş-yavaş normala qayıtsa da, film sənayesi hələ də koronavirus pandemiyası ilə mübarizə davam edir.

Cənubi Koreyanın əksər kinoteatrları COVID-19 pandemiyası boyu açıq qalıb.

Bir neçə yeni film nümayişlərə başlasa da, insanlar kinoteatrlardan uzaq qalırlar.

Ölkənin ən böyük teatr şəbəkələrindən biri müştərilər və işçilər arasında əlaqəni məhdudlaşdırmaqla onları geri qaytarmağa çalışır.

Popkorn burdadır və güzəşt stendi avtomatlaşdırılıb. Gəzən robotlar isə bilet yoxlayanları əvəz edib.

“Üz-üzə olmaqdan daha gigiyenikdir, buna görə qonaqlar özlərini daha etibarlı hiss edə bilərlər. Və daha indi bura çox əla və maraqlı bir yerdir" - deyə, CJ CGV kinoteatrlar şəbəkəsinin nümayəndəsi Li Son-su bildirib.

Cənubi Koreyanın kino sənayesi bu ilin əvvəlində ən yüksək pillədə qərar tutmuşdu. Qara komediya janrında çəkilən “Parazit” “ilin ən yaxşı filmi” nominasiyasında Oskar mükafatını qazanmışdı.

Koreyanın Film Şurası bildirir ki, koronavirus sayəsində bilet satışlarında bütün dövrlərin ən aşağı göstəricisi qeydə alınıb.

Bu ilin sonunda COVID-19 infeksiyasının ikinci dalğası təhlükəsi ilə əlaqədar olaraq, Cənubi koreyalılar CJ CGV-nin qeyri-ənənəvi kinoteatr adlandırdıqları layihələr daha çox görünür.

“Hazırki vəziyyətdə bu filialdakı bu qeyri-ənənəvi kinoteatr yalnız sınaqdır. Bu proqramın necə getdiyinə əsaslanaraq bu xidmətlərin digər yerlərə təqdim olunub-olunmayacağına qərar verəcəyik" - deyə, CJ CGV kinoteatrlar şəbəkəsinin nümayəndəsi Li Son-su bildirib.

Kənar şəxslər və ya robotlarla daha az təmasda olmaq istəyən film həvəskarları üçün başqa bir seçim də var.

Koreyalı bir çox film həvəskarları maşınlarında təhlükəsizlik içərisində böyük ekran axtarır.

Pandemiya zamanı bəzi açıq hava kinoteatr sahibləri bilet satışlarının artdığını söyləyir.

“Koronavirusdan əvvəl iş o qədər də yaxşı deyildi. Ancaq virus yayılmağa başlayandan bilet satışları 30% artdı. İndi isə normal vəziyyətə qayıdır" - deyə, JAMSIL açıq hava kinoteatrının nümayəndəsi Park Cae-ho bildirib.

Park deyir ki, müştərilər burada özlərini təhlükəsiz hiss etsələr də, yeni filmlərə baxa bilməycəklərsə, gəlməyəcəklər.