Pandemiya İspaniyanın sosial yardım sistemində dəyişikliklərə səbəb olub

Your browser doesn’t support HTML5

İspaniya 27 min ölüm halı ilə COVID-19 pandemiyasının təsirinə ən çox məruz qalan ölkələrdəndir. İspaniya hökümətinin tətbiq etdiyi bağlama dünya ölkələri arasında tətbiq olunan ən sərt karantin rejimi idi və krallığın iqtisadiyyatının çökməsinə səbəb olub. Bəzi tənqidçilər İspaniyanın solçu hakimiyyətini fövqəladə vəziyyətdən sui-istifadə edərək uzun zamandır təsdiqlənməyən sosial yardım islahatlarını həyata keçirməyə çalışmaqda ittiham etsə də, başqaları minimum əmək haqqının qəbul edilməsi kimi bu islahatları alqışlayır.

Koronavirus İspaniya iqtisadiyyatını məhv etməyəndən əvvəl belə Avropa Komissiyası İspaniyada gəlir bərabərsizliyi probleminin olduğu ilə bağlı xəbərdarlıq edirdi, çünki İspaniya Avropa İttifaqının ən qeyri-bərabər ölkələrindən biridir.

Aİ bunula bağlı bir neçə ildir xəbərdarlıq edir. Lakin höküməti bununla bağlı hər hansı addım atmağa sonunda pandemiya vadar etdi.

“Bu gün bizim demokratiyamız üçün tarixi bir gündür və bu hökümətin sosial haqlar naziri olaraq bu gün İspaniyada yeni sosial haqqın yarandığını elan etmək mənim üçün şərəfdir. Bu yeni sosial hüquq-minim əmək haqqıdır,” İspaniyanın baş nazirinin müavini Pablo İqlesias bildirib.

Minimum əmək haqqı uzun zamandır müzakirə olunan məsələ olsa da, koronavirus səbəbilə tətbiq olunan karantin rejiminin səbəb olduğu iqtisadi təsirlər bu yeni qanunun həyata keçirilməsini sürətləndirdi. Bu yeni qanundan 850 min İspaniya ailəsinin faydalanacağı və bunun 3.3 milyard dollara başa gələcəyi gözlənilir.

Bir çox ailə indiyədək başqalarının yardımlarından asılı idi.

“Biz fondun ərzaq bankından ərzaq alıb, onlardan yemək bişirib, ailələrə paylayırıq,” ərzaq bankı könüllüsü Assumpta deyir.

Ehtiyacı olan insanların çoxu Cənubi Amerikadan gələn immiqrantlardır. Onlar işsiz qaldıqları üçün könüllülər onların ailələrini ərzaqla təmin edir.

Marikarmen Perudandır və oğlu ilə birlikdə yaşayır.

“Mən 15 ildir İspaniyadayam və indi işsizəm. Amma əvvəl qocalar evində işləyirdim,” perulu immiqrant Marikarmen deyir.

Xeyriyyə işindən həm yardım alanlar həm yardım edənlər faydalanır.

“Başqalarına yardım etmək mənə məmnunluq hissi verir,” könüllü Natali Qoron deyir.

İspaniyanın son onillərdə iqtisadiyyatına dəyən ən böyük ziyandan sonra bərpa olunması vaxt aparacaq. Koronavirusun təsirləri yavaş-yavaş azaldığı bir vaxt bir çox ispaniyalı yaşadıqları kabusdan sonra artıq müsbət dəyişikliklər görməyə başladıqlarını deyirlər.