Sosial media ABŞ etirazlarına dair dezinformasiya meydanına çevrilib

Your browser doesn’t support HTML5

Ekspertlər ABŞ-da polis qəddarlığı və irqi ayrı-seçkiliyə etiraz dalğası zamanı dezinformasiya kampaniyalarının artdığını deyir. Məqsəd insanları obyektiv reallığın olmadığına inandıraraq ictimai birliyə mane olmaqdır.

Gürcüstanlı Mariam Qaqoşaşvili mühacir dostları ilə etrazlarla bağlı müzakirələrdə onların nümayişlərə səbəb olan faciədən daha çox zorakılıq və talançılığa diqqət yetirdiklərini müşahidə etdiyini deyib.

O, bu məqsədlə Facebook-da qrup yaradaraq, avrasiyalı mühacirlərlə sosial və irqi ədalət məsələsini müzakirə edir.

“Biz müstəmləkəçilik, etnik zülm, polis qəddarlığı, avtoritar hökumətlər kimi təcrübəsi olan bir regiondanıq. Ancaq ağ imtiyazlara sahib olan bəzi insanlar olsa da, biz heç vaxt irqi ayrı-seçkilik və irqi profillə yaşamamışıq. Əsrlər boyu quldarlıq, qətllər, heç vaxt cəzasız qalmayan polis qəddarlığı ilə yaşayan afro-amerikalıların yaşadıqlarını yaşamamışıq”, Meriam deyib.

Sosial şəbəkələrdə irqi və sosial ədalət məsələlərinə dair dezinformasiya yayılır. Məqsəd saxta xəbərlər və manilpulyasiya yolu ilə irqi qərəzliliyi artırmaqdır.

Son nümunə kimi #DCblackout Twitter həştəqini göstərmək olar ki, bu da hökumətin nümayişlər zamanı mobil telefonlar və digər cihazları blokladığına dair məlumat olub. Brokinqs intitutundan Aleks Enqler:

“Nümayişlər zamanı Vaşinqtonun bloklanması və xarici təsirdən qaynaqlanan digər təbliğat kampaniyaları şübhəsiz, əsasən qütbləşmə məsələləri olmaqla, Amerika vətəndaşları arasında fikir ayrılıqları yaratmağa yönəlib.”

Washington Post qəzetinin yazdığına görə, bloklanma kampaniyası əvvəlcə bir neçə hesaba, daha sonra saxta hesablara tətbiq edilməklə, populyarlaşmağa başlayıb.

“Məqsəd nəyin doğru, nəyin yalan olduğunda insanlar arasında anlaşılmaz yaratmaq idi” - deyə, Klemson Universitetindən Patrik Uorren bildirib.

“İctimai birliyi pozmaqla baş verənlər haqda obyektiv həqiqəti tapmaq mümkün olmadığına və hətta cəhd etməyə dəymədiyinə insanları inandırmağa çalışırlar. 2016-cı İnternet Araşdırma Agentliyi əməliyyatını həyata keçirdiyi ilə qayıdaq. Siyasi spektr hər iki tərəfindən media hücuma məruz qalmışdı .Biri soldan, biri sağdan.”

Uorrenin dediyinə görə, dezinformasiya vaksinasiya və COVİD-19 pandemiyası dövründə ciddi təhlükə yarada bilər.

“COVID-19-un yayılma göstəriciləri nədir? Mənim heç bir fikrim yoxdur. İnsanlar da bilmir. Bu, bir çox şeydən asılıdır. Qeyri-müəyyənlik dezinformasiya üçün münbit bir zəmin yaradır.”

Ekspertlər sosil media platformalarının yalan xəbərlər və bloklama cəhdlərinin aradan qaldırılmasında daha uğurlu olduğunu deyir. Lakin böyük sosial hərəkatlar zamanında belə postları hələ də görmək olur.

“Əgər Vaşinqtonda etiraz edirsinizsə, artıq polis qəddarlığına qarşı çox qəzəblisiniz, xüsusilə şiddətli polis-vətəndaş qarşıdurmalarından sonra hökumətin hərəkətlərini tənqid etməli və hazırlıqlısınız. Hökumətin bütün rabitə əlaqələrini kəsib, sonra nalayiq nəsə edəcəyinə inanırsınız.”

Ekspertlərin hər ikisi də dezinformasiyadan birdəfəlik yaxa qurtarmağın qeyri-mümkün olduğunu deyir.

Onlar insanlara oxuduqlarını dəyərləndirməyi və manipulyasiyalara məruz qalmamaları üçün öz daxili qərəzlərini araşdırmağı tövsiyə edir.