ABŞ mehmanxanaları ziyarətçiləri qəbul etməyə hazırlaşır

Your browser doesn’t support HTML5

Həftələrdir davam edən məhdudiyyətlərdən sonra ABŞ tədricən açılmağa başladığı üçün mehmanxanalar da ziyarətçiləri qəbul etməyə hazırlaşır. Mehmanxana sahibləri ənənəvi qonaqpərvərlik xidmətlərini davam etdirmək üçün sağlamlıq və təhlükəsizliyi təmin edəcək yollar axtarmalıdır. Səhiyyə üzrə mütəxəssislər və sənaye analitikləri mehmanxana otaqlarının açarlarından istifadə də daxil olmaqla, təmizləmə işləri protokollarında çox şeyin dəyişəcəyini deyir.