Koronavirusun fəsadları peşəkar idmançılardan da yan keçməyib. Beynəlxalq çempionatlar ləğv edilib. Komanda və təşkilat sahibləri ciddi maliyyə itkiləri ilə üzləşib. Bununla yanaşı idmançılar lazım olduğu qədər məşqlər də edə bilmir.
Koronavirus pandemiyası və karantinlərin ciddi ölçüləri onlarla ölkəni idman tədnbirlərini ləğv etməyə vadar edib. Yaponiya 2020-ci il Yay Olimpiadasını bir il müddətinə təxirə salıb.
Bir çox idman təşkilatı maliyyə itkiləri ilə üzləşib. ABŞ Reqbi iflasa uğrayıb.
“İdmançılar evlərdə bağlı qalıb. Məşq və ictimai obyektlərdən məhrumdurlar…” - deyə, Dünta Atletləri təşkilatının prezidenti Sebastian Ko bildirib.
Peşəkar tennis ouunçusu Alla Kudryavtseva üçün 2020-ci il böyük il olmalı idi. O, dekret məzuniyyətindən sonra peşəkar idmana qayıtmağı düşünürdü.
Mart ayında Vimbledon yarışları da daxil edilməklə, bir çox idman tədbirinin təxirə salınması vaxtın nə qədər ağır olduğunu göstərdi. O, qızı və həyat yoldaşı ilə Bostondakı evində qalmalı olub.
“Normala qayıtmaq və arıqlamaq üçün ciddi iş aparırdım. Bu vaxtdan istifadə edib əlavə vaxtla yarışlara hazırlaşacam. Ümid edirəm ki, bir gün hər şey bərpa ediləcək. Nikbinliyimi saxlamağa çalışıram. Böyük bir fasilədən sonra idmana dönmək olduqca çətindir. …”
Professional volleybol oyunçusu Coşua Bers də Yunanıstan çempionatı ləğv edildikdən sonra Kaliforniyadakı evində qalmalı olub. İndi onun normal məşq şansı belə yoxdur.
“Yaşadığım binanın idman zalı bağlıdır. Digər yerlədə də normal məşq imkanı olmadığı üçün evlərdə məşq etməli oluruq. İdmana bu qədər vaxt sərf edənlər bir anda hər şeyi dayandırmalı olub. Bir çoxları üçün bu, yekun ili idi. İndi onu da başa vura bilmədilər. …”
İdmançılar düşünür ki, pandemiya depressiyaya səbəb olmamalıdır.
Məşhur fitbol, tennis oyunçuları və atletlər onlayn flashmobs hazırlayaraq, azarkeşləri ilə təmas saxlayır, gündəlik məşqləri ilə bölüşür, xeyriyyəçilik işlərini davam etdirir.
“Biz idmançıyıq. Sizin dəstək səbəbiniz olmağımız bizim cavabdehliyimizdir. İndi müvəffəqiyyətsizliyə uğratmaq zamanı deyil. Paul Qasolla bərabər bütün idmançıları bir araya gətirəcək təşəbbüslə çıxış etmişik. Məqsədimiz böhranın təsirinə məruz qalnalara 11 milyon avro toplamaqdır” - deyə, tennis oyunçusu Rafael Nadal bildirib.
Rəqabətçil mentalitet peşəkar idmançılara bir şeyi öyrədib - heç bir maneə yoxdur, yalnız müvəqqəti çətinliklər var və dünya bundan da ötüb keçəcək.