Obama 2020-ci il prezident seçkisində Baydenə dəstək verdi

ABŞ-ın sabiq prezidenti Barak Obama Demokrat Partiyasını seçki öncəsi bir araya gətirmək üçün çərşənbə axşamı sabiq vitse-prezident Co Baydenin prezidentlik kampaniyasını dəstəklədiyini açıqlayıb.

Noyabrın 3-də keçiriləcək seçkilərdə prezident Donald Trampı məğlub etmək uğrunda rekord sayda demokrat namizədin mübarizə apardığı zaman kənarda qaldıqdan sonra Obama internetdə yayımlanan videoda Baydenə dəstək verib.

“Conu mənim vitse-prezident seçməyim qəbul etdiyim ən yaxşı qərarlardan biri idi və o, yaxın dost oldu. İnanıram ki, Co hazırda bir prezidentə ehtiyac duyduğumuz bütün keyfiyyətlərə sahibdir” - deyə, Obama video çıxışında qeyd edib.

ABŞ-ın ilk qaradərili prezidentinin dəstəyi namizədlik yarışında demokrat rəqibi Berni Sandersin Baydeni dəstəməsindən sonraya təsadüf edir.

Obama Ağ Evdə ona səkkiz il xidmət etmiş Baydenin 2020-ci il Demokratların yarışına girməsi və ard-arda mart ayından bəri ilkin seçkilərdə galib gəlməsinə baxmayaraq, neytrallığını saxlayırdı.

Obama "bu partiyanın intensiv praymerilərdən sonra irəliyə getməsinə kömək etməkdə birləşdirici tərəfdaşdır"- deyə, demokrat-strateq Antuan Sirayt bildirib.

Ağ Evdən ayrıldıqdan üç il sonra Barak Obama və həyat yoldaşı Mişel Demokrat Partiyasının ən populyar simaları olaraq qalır. Tramp 2016-cı ildə galib gələrək, Obamanın iki dönəm prezidentlik müddətindəki siyasətini dəyişəcəyini vəd etmişdi.

Obamanın Demokrat Partiyasındakı populyarlığı Baydenin xüsusilə də dəstəyini almağa çalışdığı demoqrafik qruplar arasında mövqeyini gücləndirə bilər. CNN tele kanalının Obamanın vəzifəsindən ayrıldığı vaxt keçirdiyi sorğuya əsasən, 34 yaşına çatmamış seçicilərin 70% -dən çoxu və özünü liberal adlandıranların 90% Barak Obamanı dəstəkləyirdi.

"Bu qədər populyarlıq və prezident Tramp ilə Barak Obama arasındakı müqayisə bu qədər döyük olduğuna görə bu, birləşdirici, motivasiya verəcək amilə çevriləcək" - deyə, sabiq Virciniya qubernatoru və uzun müddət partiyanın rəsmisi olmuş Terri Makaliffe bildirib.

Sabiq prezidentin dəstəyi eyni zamanda Baydenə keçmiş vitse-prezidentə xoş münasibəti olan bəzi donorlar və digər müttəfiqlərin şəbəkəsinə giriş imkanı da verir.

"Əgər həqiqətən də qalib gəlsəm, hazır olun" -deyə, Bayden noyabr ayında Vaşinqtonda ianə toplama zamanı keçmiş Obama rəsmilərinə müraciət edib.