Xameneyi: "İranda kütləvi Ramazan tədbirləri virus səbəbindən dayandırıla bilər"

İranın ali ruhani lideri koronavirus pandemiyası dövründə müsəlmanların müqəddəs Ramazan ayında oruc tutmaq üçün kütləvi toplantılar keçirməsi qadağan edilə biləcəyini deyib. Amnesty International təşkilatının məlumatına görə, azı 35 iranlı məhbus virus səbəbiylə baş vermiş qarşıdurmada təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Ayətulla Əli Xameneyi televiziya çıxışı zamanı dünyanın ən pis hadisələrindən biri ilə üzləşdiyini qeyd edərək, İranın iqtisadi fəaliyyətini nə vaxt bərpa etməyə hazırlaşdığına münasibət bildirib.

"Ramazan ayının kütləvi məclislərindən məhrum olacağıq. Bu yığıncaqlar Allaha dua etmək və ya həqiqətən dəyərli çıxışları dinləmək üçün nəzərdə tutulan görüşlərdir. Bu görüşlər olmadıqda dualarınıza və tənhalıq dualarınıza diqqət etməyi unutmayın” -, deyə Xameneyi bildirib.

Ramazan ayı aprel ayının sonlarında başlayacaq və may ayı boyunca davam edəcək. İranın dövlət rəsmiləri müsəlmanların səhərdən gün batana qədər oruc tutan müqəddəs ay üçün planlarını hələ müzakirə etməyib. Bununla yanaşı, İran hökuməti iştirak edənlər arasında virusun yayılma qorxusu səbəbindən ölkədəki cümə namazları ləğv edib və məscidləri bağlayıb.

Xameneyi şiə dindarlarını Ramazan ayında evlərində namaz qılmağa çağırıb. Şiələr əsasən kütləvi şəkildə (camaatla) ibadət edirlər, xüsusən Ramazan ayında. Belə ki, icmalar hər gecə yemək və təbrik paylaşımları üçün bir araya gəlirlər.

İranda təsdiqlənmiş 660a00-dən çox koronavirusa yoluxma faktı qeydə alınıb və 4100-dən çox insan həyatını itirib. Bununla yanaşı, mütəxəssislər bu rəqəmləri dəfələrlə şübhə altına alıblar. Xüsusən fevral ayında baş vermiş İran 1979-cu il İslam İnqilabının 41-ci ildönümü və həlledici parlament seçkiləri ərəfəsində yoluxma və ölüm saylarının saxtalaşdırıldığı bildirilir.

Xameneyinin açıqlamaları çərşənbə axşamı Misirin Dini İşlər Nazirliyinin Ramazan ayında bütün mərasimləri və Ramazan ayı ilə əlaqədar olan axşam namazlarını dayandırmasından sonraya təsadüf edib. Misirdə məscidlər və kilsələr artıq namaz üçün bağlanıb. Misirdə təsdiqlənmiş 1500-dən çox yoluxma və 100-dən çox ölüm halı var.

Cümə axşamı Amnesty İnternational təşkilatı ən azı səkkiz həbsxanada minlərlə məhbusun potensial olaraq virusa yoluxma qorxularına görə ayağa qalxdığını bildirib.

Hüquq müdafiə qurumu ən azı 35 iranlı məhbusunun təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünə inandığını deyib. İran mediasında iğtişaşlar barədə çoxsaylı məlumatlar yayılıb, yalnız bir ölüm hadisəsi qeyd olunub.

Amnesty İnternational təşkilatı ölüm hadisələrini bildirmək üçün "məhbusların ailələri daxil olmaqla müstəqil mənbələrə" istinad edib. Təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün canlı sursat və gözyaşardıcı qazdan istifadə etdiyini vurğulayıb. Daha əvvəl Associated Press tərəfindən təsdiqlənən görüntülər İranın cənub-qərbindəki bir həbsxananın üzərində qalın qara tüstü çıxdığını göstərib.

"Məhkumların qanuni tələblərinə cavab vermək əvəzinə, COVID-19-dan qorunmaq əvəzinə, İran hakimiyyəti insanları yenidən öldürməyə əl atıb” - deyə, qurumun nümayəndəsi Diana Eltahavi açıqlama verib.

İran mediası Amnesty-nin hesabatını rədd edib. İranın BMT-dəki nümayəndəliyi də məsələyə reaksiya verməyib.