Martın 21-dən bəri İspaniyada səhiyə sahəsində böyük bir qalmaqalı baş verib. Madrid yaxınlığında bir neçə özəl fəalliyət göstərən qocalar evlərində koronavirus xəstələri, habelə koronavirus infeksiyasının ağırlaşmalarından ölən yaşlı insanların "hesaba alınmayan” cəsədləri tapılıb. İspaniya müdafiə nazirinin sözlərinə görə, bu insanlar xəstələnəndə onları vaxtında xəstəxanalara göndərilməyiblər, yataqlarında ölüblər. Bir neçə halda, ölənlər palatalarda ölümdən sonra saatlarla qalıblar.
Cəsədləri İspaniyada orduya tabe olan təcili yardım idarəsinin (Unidad Militar de Emergencias, UME) əməkdaşları aşkar edib. Bu bölmənin hərbçiləri koronavirusun yayılması zamanı tibb mərkəzlərinə otaqları dezinfeksiya etməkdə kömək edir.
Son bir neçə gündə hərbçilər təxminən 70 qocalar evini dezinfeksiya edib. Tapılan cəsədlər barədə məlumatlar iki gündür ki, İspaniya mediasında rəsmi qurumlardan təsdiq olmadan yarı-rəsmi yayılıb. Lakin martın 23-də axşam müdafiə naziri Marqarita Robles Telecinco kanalındakı bir verilişdə bunu təsdiqləyib. Martın 24-ü İspaniya Baş Prokurorluğu ölənlərin cəsədlərinin tapılması ilə bağlı rəsmi araşdırma başladıb və sosial işçilərin hərəkətlərində cinayətkarlıq əlamətlərinin ola biləcəyini istisna etməyib.
Vəziyyət rəsmilərin qocalar evlərinin sakinləri arasında koronavirusdan neçə nəfərin öldüyünü bilmədiklərini etiraf etdikdən sonra daha da gərginləşib. Ötən həftə ölkə daxilindəki qocalar evlərində 100-dən çox qocanın koronavirusdan öldüyü bildirilib, ancaq pandemiyadan ən çox əziyyət çəkən Madrid bölgəsi hələ də rəsmilərə ölüm haqqında dəqiq məlumat verməyib. Buna baxmayaraq, İspaniyadakı qocalar evlərinin koronavirus epidemiyasının mərkəzlərindən birinə çevrildiyi artıq məlumdur: 72 müəssisədə xəstələr müəyyən edilib.