Xoyda zəlzələ olub - 50 kəndə ziyan dəyib

Qərbi Azərbaycan vilayəti Xoy şəhərinin Qotur bölgəsində səhər saat 9:22-də 5.7 bal gücündə zəlzələ baş verib. İran xəbər agentliklərinə istinadən, təqribən 50 kəndə ziyan dəyib.

İSNA agentliyi “ilkin məlumata görə zələzələ nəticəsində 40-a yaxın insanın yaralandığını” bildirib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamalarına görə, Van elinə bağlı kəndlərdə 8 vətəndaş həyatını itirib.

Dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, yaralılardan ən azı birinin durumu ağırdır. Agentlik bu rəqəmlərin ilkin məlumata əsasən açıqlandığını vurğulayıb və sahədə təhqiqat aparıldıqdan sonra rəqəmlərin yeniləcəyini qeyd edib.

Mərkəzi Xoyun dağlıq bölgələrində baş verən zəlzələ Türkiyənin sərhəd kəndlərinə ağır ziyan vurub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamalarına görə, Van elinə bağlı kəndlərdə 8 vətəndaş həyatını itirib.

İRNA zəlzələnin Salmas və Urmiyə, habelə Şərqi Azərbaycan vilayətinin bəzi bölgələrində də hiss edildiyini bildirib.

Xoyun cənub Salmas şəhərinə yaxın bəzi kəndlərə də ziyan dəydiyi ehtimal edilir.