Keçən ilin noyabr ayında nəzarət altına alınmış türk fəallar Yaşar və Ruzbeh Piri mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, Piri qardaşları noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə tutulmuşdular.
“Ruzbeh Piri noyabrın 17-də evində, qardaşı Yaşar Piri isə eyni gün Təbrizin ümumi kitabxanasında nəzarət altına alınaraq, İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumuna məxsus həbsxanaya göndərildilər,” HRA-nın saytında dərc edilib.
SEE ALSO: İran Azərbaycanında həbs olunan etirazçıların bəzilərinin adları məlum olubİki fəal bir neçə həftə təhlükəsizlik qurumunun həbsxanasında sorğu-sual edildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdülər.
Piri qardaşları “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə fəaliyyət göstərən qruplara üzvlük” və “rejimə qarşı təbliğat fəaliyyəti” aparmaqda günahlandırılıblar.
Yaşar Piri daha əvvəl Urmiyə gölü ilə bağlı təşkil olunan etirazlara qatıldığı üçün nəzarət altına alınaraq şərti həbs və şallaq cəzasına məhkum edilib.
Keçən noyabr ayında İranda baş qaldıran xalq etirazları zəminində xəbər agentlikləri təqribən 1500 vətəndaşın öldürüldüyünü bildirib.