Ərdoğan Zelenski ilə görüşdə: "Ukraynaya eşq olsun!"

Türkiyə Prezidenti fevralın 3-də Kiyevə səfəri zamanı prezident Volodimir Zelenski ilə görüş əsnasına "Ukraynaya eşq olsun!" ("Slava Ukraine!") ifadəsini işlədib. Bu, Türkiyə prezidentinin Ukrayna hərbçilərinin iştirakı ilə görüşü zamanı baş verib. Video prezident Zelenskinin mətbuat xidməti tərəfindən açıqlanıb.

Rusiyada "Slava Ukraine!" ifadəsi millətçi şüar kimi qiymətləndirilir.

Türkiyə prezidentinin Kiyevə səfəri zamanı rəsmi Ankara Ukraynaya ordunun ehtiyaclarını qarşılamaq, həmçinin silah almaq üçün 50 milyon dollarlıq maliyyə yardımı edəcək. Bunu Ukraynanın Türkiyədəki səfiri Andriy Sibiqa səfər öncəsi açıqlayıb.

Bazar ertəsi səhər saatlarında Suriyada Suriya ordusunun hücumu nəticəsində altı türk əsgəri öldürülüb, 9 nəfər isə yaralanıb. Hadisə İdlibin Sarakib kəndi ərazisində baş verib.

Тürkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Türkiyə qüvvələrinin mövqeləri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, Rusiya qüvvələrinin dəstəklədiyi Suriya ordusu hücumlar həyata keçirib. Eyni zamanda, Suriyada müharibə edən tərəflərin Rusiya Razılaşma Mərkəzi (Rusiya Federasiyası Müdafiə Nazirliyinə daxildir-red.) Türkiyə tərəfinin İdlibdəki hərəkətləri ilə əlaqədar Rusiyaya xəbərdarlıq etmədiyini və buna görə də Türk qoşunlarının atəşə məruz qaldığını bildirib.

Hücumlardan sonra Türkiyə və Rusiya Suriyanın şimalında planlaşdırılan ortaq patrulu ləğv edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Türkiyənin Suriyadakı hərbi qarşıdurmada iştirakına qəti şəkildə qarşı çıxmışdı. Rusiya Müdafiə Nazirinin müavini Anatoli Antonov isə Türkiyə rəhbərliyinin və Prezident Ərdoğanın Suriya və İraq neftinin qanunsuz hasilatı və Türkiyəyə daşınmasında iştirak etdiyini bildirib.