Ağ Evə Milad ağacının gətirilməsi ilə bayram mövsümünə start verilmiş oldu. 2019-cu ilin küknar ağacını birinci xanım Melaniya Tramp qarşılayıb.
Ağacı Kəş və Ben adlı atlar daşıyıb.
"Bir neçə dekada əvvəl ağacları pik-up yük maşınları gətirərdi. İndi isə ağacın at arabası ilə gətirilməsi buna daha çox bayram əhval-ruhiyyəsi qatır" - deyə, Ağ Evin Tarix Assosiasiyasından Metyu Kostello bildirib.
Builki ağacın hündürlüyü 5.6 metrdir. Duqlas küknarı Milli Milad Ağacları Assosiasiyanın qalibidir. Onu Pensilvaniya ştatından Larri Snayder yetişdirib.
Assosiasiya 1966-cı ildən bəri hər il Ağ Evi yolka ilə təmin edir. Yolka mavi otaqda bəzənəcək.
Ağ Evdə hər il Milad ağacının olması və həmin ağacın bəzədilməsi üçün xüsusi bir mövzuda dekorasiyanın seçilməsi ənənəsi sabiq birinci xanım Jaklin Kennedi dövründən qalıb. O zaman yolka Şelkunçik baletinin ornamentləri ilə bəzədilmişdi.
"Çox vaxt ağacın mövzusu vətənpərvərlik, bayram və ya ailəni əhatə edir. Bu, burada yaşayan prezident və birinci xanımla bağlı daha açıq təsəvvür yaradır. Onların seçdikləri məzmün ənənəvi yolkanın bəzədilməsi ilə biruzə verir” , Metyu Kostello bildirib.
Ötən il Melania Trampın qırmızı ağac seçimi bəziləri tərəfindən məsxərəyə qoymuşdu. Bəs bu ilin mövzüsü nə olacaq? Bu, dekabrın əvvəllərində yolka bəzəndikdən sonra bəlli olacaq.