Təbrizin simvolu Şairlər Məqbərəsinin vəziyyəti acınacaqlıdır

Təbrizin Şairlər Məqbərəsi (Məqbərətül Şüəra) Azərbaycanın görkəmli şairi Şəhriyarın dəfn edildiyi yer kimi məşhur olsa da 400 şair, yazar və önəmli ictimai-siyasi şəxsiyyətlərin dəfn məkanı olmuşdur.

Qətran Təbrizi, Xaqani Şirvani, Hümam Təbrizi, Mirzə Əli Siqqətülislam və yüzlərlə digər önəmli şəxsiyyətlərin məzarı olan Təbrizin Sürxab məhəlləsində yer almış Şairlər Məqbərəsinin pis vəziyyətdə olduğu bildirlir.

Məqbərənin ətrafında yarı buraxılmış tikinti işləri həmin turistik məkandan çirkin bir görüntü sərgiləyir. Dəmir çitlər ilə düzəldilmiş dalan, məqbərə ziyarətçilərini və turistləri məqbərənin içinə yönləndirir.

2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilən Şairlər Məqbərəsi, Təbriz 2018 tədbirləri sırasında da unudulmuş və məqbərənin təmiri haqqında heç bir adım atılmamışdır. Ötən il, Təbriz Şəhər Şurası üzvü Şəhram Dəbiri ‘Təbriz 2018’ tədbirləri üçün ayrılmış büdcənin İran höküməti tərəfindən ödənmədiyi üçün tənqid etmişdi.

SEE ALSO: `Təbriz 2018` - “Təbrizin adına başqa şəhərlərin xeyrinə”

İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan Şərqi Azərbaycandaki idarəsi 20 il ərzində Şairlər Məqbərəsinin təmir etməsinə müvəffəq olmadığından sonra həmin layihə Təbriz bələdiyyəsinə təhvil verildi, ancaq Təbriz Bələdiyyəsi Şairlər Məqbərəsini iranlı şairlər Hafiz və Sədinin Şirazdakı məqbərəsinə bənzər bir duruma çevirəcəyinin sözünü versə də, hələ də illərdən sonra layihənin sadəcə 15-20 faizi həyata keçirilmişdir.

"Fars" xəbər agentliyi bu barədə yazıb ki, Şərqi Azərbaycan vilayətinin Mədəni irs idarəsi də bu məqbərənin təmir edilməsi üçün bir addım atmayıb.

Təbriiz 2018 tədbirləri şəhərin müxtəlif tarixi və kültür layihələrinin həyata keçirməsi üçün fürsət kimi gözlənilsə də, ancaq bu doğrultuda heç bir addım atılmadığı müşahidə olunur.

Məhəmmədhüseyn Şəhriyar Azərbaycanın görkəmli şairi 1988-ci ildə vəfat edərək öz vəsiyyətinə əsasən şairin cənazəsi Təbrizə gətirilmiş və Surxabdakı Şairlər Məqbərəsində dəfn edilmişdir.