Yaponiyada leysan yağışları səbəbilə 1 milyon insanın evakuasiyasına göstəriş verilib

Yaponiya höküməti çərşənbə günü cənub Kyuşu adasında bir milyon insanın evakuasiya mərkəzləri və digər təhlükəsiz yerlərdə sığınmalarına göstəriş verib. Ərazidə yağan leysan yağışları kiçikmiqyaslı torpaq sürüşmələrinə səbəb ola və böyük daşqınlara gətirib çıxara bilər.

Cənub Kyuşu adasının bəzi hissələrində cümə günündən bəri 1000 mm-dən çox yağış yağıb. Adətən iyul ayında ümumi olaraq bu qədər yağış yağır.

Metereoloqlar cümə axşamınadək bəzi ərazilərə 300 mm yağışın yağacağını proqnozlaşdırır.

NHK bildirib ki, Kyuşunun cənubundakı Kaqoşima və Miyazaki prefektularının 1.1 milyon sakininin təxliyəsinə dair göstəriş verilib. Təxminən 930 min insana ərazini tərk etmələri məsləhət görülüb.

Yanğın və Fəlakətin İdarəolunması İdarəsinin verdiyi məlumata görə, yerli vaxtla saat 4-də yalnız 3500 insan ərazini tərk edib.

Televiziyada yayımlanan görüntülərdə çayların sürətlə axan qəhvəyi rəngdə su ilə dolduğunu göstərilib, lakin heç bir çay hələ ki, daşmayıb.

Bir neçə yerdə kiçikmiqyaslı torpaq sürüşmələrinin olduğuna dair məlumat var. Bu torpaq sürüşmələrindən birinin nəticəsində iki maşın aparılıb. Maşında olan ana ilə uşaq kiçik xəsarətlər alıb.

Tokioda baş nazir Şinzo Abe deyib ki, "sakinlər həyatlarını qorumaq üçün addımlar atmalıdır və buna erkən təxliyə daxildir”. O həmçinin orduya xilasetmə əməliyyatlarına hazırlıq görməsinə dair göstəriş verib.

Abe hökümətinin ötən il iyul ayında torpaq sürüşmələri və daşqınlara səbəb olub, 200-dən çox insanın ölümü ilə nəticələnən leysan yağışlarına cavab tədbirlərinə görə tənqid olunmuşdu.