G-20 sammiti cümə günü başlayır

Your browser doesn’t support HTML5

Dünya liderləri cümə günü başlayacaq Böyük İyirmilik (G-20) sammiti üçün Yaponiyanın Osaka şəhərinə yola düşür. G-20-nin məqsədi maliyyə sabitliyi və davamlı artımı təbliğ etməkdir, lakin qrupun bir çox üzvü ticarət və iqlim dəyişikliyi kimi məsələlərdə fərqli düşüncələrə malikdir.

Dünyanın ən böyük iyirmi iqtisadiyyatı Osakada bir araya gəlməyə hazırlaşdığı bir vaxt bütün diqqət qrupun iki ən böyük üzvü Birləşmiş Ştatlar və Çinin üzərindədir.

Hər kəs sammit çərçivəsində prezident Trampla prezident Şi arasında ikitərəfli görüşü gözləyir. Lakin bundan başqa sammitdə bir çox məsələ ilə bağlı mühüm irəliləyişlər olacaq və bir çox ölkədən ibarət koalisiyalar kompromis naminə bu irəliləyişlərin olmasını istəyir.
Con Kirton

ABŞ-ın 200 milyard dollar dəyərində Çin mallarına tətbiq etdiyi tariflər qlobal iqtisadiyyata təhlükə yaradan ticarət müharibəsinə gətirib çıxarıb.

Lakin Osakada sammitdə iştirak edən təhlilçi Con Kirton deyir ki, son günlərdə ikitərəfli danışıqlar bərpa olunub, ritorika yumşalıb və bu, irəliləyişlə bağlı ümidləri artırır.

“Hər kəs sammit çərçivəsində prezident Trampla prezident Şi arasında ikitərəfli görüşü gözləyir. Lakin bundan başqa sammitdə bir çox məsələ ilə bağlı mühüm irəliləyişlər olacaq və bir çox ölkədən ibarət koalisiyalar kompromis naminə bu irəliləyişlərin olmasını istəyir”, G-20 Araşdırma Qrupunun direktoru Kirton söyləyib.

Sammitə ev sahibliyi edən Şinzo Abe bu həftənin əvvəli gözləntilərini dilə gətirib.

“Mən Birləşmiş Ştatlar və Çinin ticarət gərginliyini konstruktiv bir şəkildə dialoq vasitəsilə həll edəcəyini gözləyirəm” – deyə, o bildirib.

Kirton deyir ki, Osakadakı görüş əhəmiyyətli irəliləyişə gətirib çıxara bilər.

“Bu ticarət müharibəsi qlobal iqtisadiyyatın vəziyyətinin yaxşı olduğu dövrdə aparılır və Osakada ticarətin liberallaşdırılması və rəqəmsal ticarət üçün yeni qaydalarla bağlı mühüm razılıq əldə olunacaq”.

Lakin sammitdə başqa problemlər də gündəmdə olacaq. Birləşmiş Ştatlarla İran arasında münaqişə təhlükəsi neft qiymətlərinin artmasına səbəb olub.

Qərb Honq Konqda demokratiya tərəfdarı etirazlara dəstəyini bildirib, amma Çin nümayişlərin G-20-nin gündəminə daxil olmasına icazə verməyəcəyinə israr edir.

Ən böyük qarşıdurma isə iqlim dəyişikliyi ilə bağlı ola bilər.

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin

“Sammitə ev sahibliyi edən baş nazir Şinzo Abe iqlim dəyişikliyi məsələsi ilə bağlı danışıqları müvəqqəti olaraq təxirə salmalıdır ki, kompromis, razılıq və ahənglik hökm sürsün. Lakin bizim iqlim dəyişikliyinin nəzarətini əldən buraxmağa zamanımız yoxdur”, Kirton deyir.

Fransa sammitdə iqlim dəyişikliyi ilə bağlı mühüm addımların atılmasını dəstəkləyəcək ritorikanın olmasına israr edəcəyini deyir.

“Mənim bir qırmızı xəttim var. Əgər biz iqlimlə bağlı hədəflərimizə doğru irəliləməsək, bu o deməkdir ki, sammiti boşuna keçiririk”, o söyləyib.

Təhlilçilər deyir ki, G-20 iclası beynəlxalq ictimaiyyətin bir sıra probemlərlə üzləşdiyi bir vaxt çoxtərəfliliyin sınağı olaraq görülür.