Elton Con "Rocketman" filminin senzurasına görə Rusiyanı tənqid edib

Your browser doesn’t support HTML5

Britaniyalı ulduz Elton Con və "Rocketman" filminin istehsalçıları Rusiyanı filmin homoseksuallar və narkotik səhnələrinin kəsilməsinə görə ciddi tənqid edib. LGBT hüquqlarının müdafiəsi Rusiyada pis göstəricilərə malikdir. Hətta bu ölkədə qeyri-ənənəvi seksual münasibətləri yasaqlayan qanun da qüvvədədir. Rusiyalı fanatlar filmin səhnələrinin kəsilməsinə görə təəssüflərini və LGBT icmasının ölkədə qəbul edilmədiyini bildirir.