Nyu Yorkun ən böyük yemək festivalı
Your browser doesn’t support HTML5
Smorqasburq Amerikanın ən böyük yemək yarmarkasıdır. Bu yarmarka Nyu Yorkda keçirilir. Hər həftəsonu yarmarkada 100-dən çox yerli yemək markasının kiçik dükanı qurulur. Yarmarka şənbə günləri Bruklində yerləşən East River parkında baş tutur. Bazar günləri isə Prospekt parkında keçirilir. Hər həftə bu yarmarkada təxminən 20-30 min insan iştirak edir.