Məhəmməd Rza Heyət yeni konstitutsiya layihəsi ahqda danışır

Your browser doesn’t support HTML5

"Əslində bu, bir anlamda şərtlərimizi ortaya qoymaqdır," deyə İran Federal Cümhuriyyəti konstitusiya qaralamasını təklif edən Təbriz Araşdırmaları İnstitutunun başqanı Məhəmməd Rza Heyət Amerikanın Səsinə bildirir. "Yəni bu qədər ayrı-seçkilik, zülm, basqı və ixtilafdan sonra biz müəyyən şərtlərdə bir arada yaşaya bilərik. Bu şərtlər olmasa, bir arada yaşamaq imkanı olmayacaq."