İyulun 17-də İtaliya prezidenti Serco Matterallanın Azərbaycana səfəri başlayıb.
İyulun 18-də İtaliya prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd edilib. Tərəflər Mattarellanın Azərbaycana rəsmi səfərininmünasibətlərin genişlənməsinə şərait yaradacağı barədə ortaq fikir bildirib.
Görüş başa çatdıqdan sonra iki ölkənin nümayəndə heyətlərinin geniç tərkibdə danışıqları keçirilib.