Əmir Mərdani May Qiyamını şərh edir
Your browser doesn’t support HTML5
Əmir Mərdaninin dediklərinə görə, 2006-ci ilin may ayında İran Azərbaycanında baş qaldıran qiyam milli düşüncənin kütləviləşməsinə səbəb oldu. O, hesab edir ki, türk cəmiyyətinin İran İslam Respublikasına baxışının dəyişməsində may hadisələrinin böyük rolu oldu. İsveçdə yaşayan jurnalist və milli fəal Amerikanın Səsinə müsahibədə may qiyamı və onun nəticələrini şərh edib.