Yaponiya ABŞ-ın dəniz təlimlərinə ən böyük gəmisini göndədir

Yaponiya ən böyük vertolyotdaşıyan gəmisinin ABŞ-ın Koreya yarımadası suları yaxınlığında 3 hərbi gəmisinə qatılacağını bəyan edib.

Beləliklə o ölkə Şimali Koreyaya qarşı hərbi təzyiqlərini artırmış olacaq.

Yaponiya həmin gəmini Yapon dənizində bazar günü keçiriləcək hərbi təlimlərdə iştirak edən iki gəmidən ayıracaq.

Təlimlər son on ildə keçirilən ilk təlim olacaq.

Dəniz manevrləri Pxenyana Amerikanın təcili şəkildə hərbi qüvvələri səfərbər etmək qabiliyyətinə dair güclü mesaj mahiyyəti daşıyır.

Amerikanın 100 min tonluq daşıyıcı nəqliyyatına F-18 qırıcı təyyarələri də olmaqla, 200 təyyarə daxildir.

ABŞ-ın qırıcı təyyarədaşıyıcıları sonuncu dəfə 2007-ci ildə Quam yaxınlığında təlimlər keçirmişdi.