ABŞ Liviyada havadan zərbələrlə 17 İslam Dövləti yaraqlısını öldürüb.
Amerikanın Afrikadakı Komandanlığının bəyanatında deyilir ki, Liviya Hökumətinin Milli Qüvvələri və müttəfiq döyüşçülərlə bərabər ABŞ-ın hərbi təyyarələri İŞİD-in səhra düşərgəsini bombardman edib, 3 maşını sıradan çıxarıb.
Bəyanatda İŞİD-in bu düşərgədə yaraqlıları qəbul etdiyi, hücumlar hazırladığı və silahlar saxladığı bildirilir.
Hücumlar Liviya ordusu ilə koordinasiya edildikdən sonra həyata keçirilib.