Nəciməddin Sadıkov ABŞ-a gedib

Nəciməddin Sadıkov

Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Nəcməddin Sadıkov ABŞ-a gedib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Məlumatda bildirilir ki, Sadıkov 6-7 iyulda Nyu-Yorkda olacaq.

Qərərgah rəisinin Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcəyi bildirilir.