Abbas Lisani Amerikanın Səsinə danışır
Your browser doesn’t support HTML5
Abbas Lisaninin söylədiklərinə görə, İran hakimiyyəti türk fəallara qarşı ağır həbs hökmləri çıxarmaqla Güney Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin bir hissəsini hakimiyyət-yönümlü qruplara yaxınlaşdırmağı, bir hissəsini də radikkallaşdırmağı hədəfləyir. Ərdəbildən Amerikanın Səsinə danışan tanınmış milli fəal məhkəmə və təhlükəsizlik qurumlarının qarşıdan gələn prezident və şura seçkiləri ərəfəsində türk fəallara qarşı tətbiq etdikləri basqıları dəyərləndirib.