Respublikaçılar partiyası Donald Trampı məğlubiyyətə uğratdı

Your browser doesn’t support HTML5

Cümə günü Respublikaçıların üstünlük təşkil etdiyi ABŞ-ın Nümayəndələr Palatası səhiyyə qanununu qəbul etmək üçün kifayət qədər səs toplaya bilmədi. Palatanın spikeri Pol Rayan sabiq prezident Barak Obamanın hazırladığı Affordable Care Act sığorta planını ləğv edib əvəzləməklə bağlı qanun layihəsini  səsvermədən bir saat öncə geri çəkib. Bu nəticə Trampın gələcəkdə üzləşəcəkləri problemlər və oNun qanunvericilik gündəmi ilə bağlı bəzi ipucları verə bilər.