Milli Təhlükəsizlik Nazirliyi immiqrasiya ilə bağlı yeni qaydalar müəyyən edib [Video]

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp bu həftə yeni səyahət qadağası təqdim etməyə çalışdığı bir vaxt, Milli Təhlükəsizlik Nazirliyi deportasiyaları artıracaq və immiqrasiya nizamlamalarının icrasını gücləndirəcək yeni qaydalar irəli sürüb.

Tramp adminstrasiyası qanunsuz müharicətə qarşı təqibləri sürətləndirib.

Milli Təhlükəsizlik nazirliyinin yaydığı yeni memorandumda immiqrasiya qaydaları ilə bağlı yeni daha aqressiv yanaşma açıqlanıb.

Ağ Evin və Milli Təhlükəsizlik Nazirliyinin mesajı ondan ibarətdir ki, ilk olaraq bu ölkədə olan və ictimai təhlükəsizliyə təhdid yaradan, habelə cinayət törədən insanlar gedəcək və biz bunun baş verməsindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik.
Şon Spayser

“Sərhəd təhlükəsizliyi və immiqrasiya qanunlarının icrasının yaxşılaşdırılmasına dair yeni memorandumda milli təhlükəsizlik nazirliyinin ölkənin cənub sərhələrini qorumaq, qeyri-qanuni immiqrasiyanın qarşısını almaq və qanunsuz mühacirləri cəld, müvafiq və insani bir şəkildə ölkələrinə geri göndərimələri üçün atacağı addımlar qeyd edilib,” deyə Ağ Evin sözçüsü Şon Spayser bildirib.

Yeni göstərişlərdə deportasiyaları sürətləndirmək, ölkədən çıxarılmaları prioritetləşdirilən insanların siyahısını artırmaq və yerli qanun-mühafizə orqanlarını cəlb etmək planları yer alır.

Bu göstərişlərə əsasən, İmmiqrasiya və Gömrük Mühafizə habelə sərhəd patrul xidmətinə 15 min daha işçi işə alınıb. Ağ Evin verdiyi məlumata görə, məqsəd kütləvi deportasiya həyata keçirmək deyil.

“Ağ Evin və Milli Təhlükəsizlik Nazirliyinin mesajı ondan ibarətdir ki, ilk olaraq bu ölkədə olan və ictimai təhlükəsizliyə təhdid yaradan, habelə cinayət törədən insanlar gedəcək və biz bunun baş verməsindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik,” Şon Spayser deyib.

Memoranduma “Ölkəyə Uşaq ikən Gələnlərin Deportasiyasının Təxirə Salınması” qərarı ilə müdafiə olan insanlar daxil edilməyib.

Deportasiya

Proqram müəyyən qanunsuz mühacirləri Birləşmiş Ştatlarda yaşamaq və işləmək icazəsi ilə təmin etsə də, onlara qanuni status vermir.

Yeni qaydalar prezidentin məhkəmənin qarşısını aldığı müvəqqəti səyahət qadağasının yeni versiyasını təqdim etməyə hazırlaşdığı bir vaxt irəli sürülüb.

Yanvar ayının sonunda qəbul edilən sərəncamda yeddi müsəlman ölkəsi hədəf alınırdı. Bu sərəncam Birləşmiş Ştatlar boyu bir neçə hava limanında etirazlara səbəb oldu. Ağ Ev bildirir ki, Tramp hazırkı sərəncamı ləğv etməyəcək.

Şon Spayser: “Prezidentə ölkəni müdafiə etmək üçün lazımı addımları atmağa səlahiyyət verildiyi üçün, biz qalib gələcəyik."