Cavad Abbasi iranda türk dilində təhsil haqda danışır
Your browser doesn’t support HTML5
Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi və türk fəal Cavad Abbasi Amerikanın Səsi ilə söhbətdə son vaxtlar türk dilində təhsil məsələsinin geniş şəkildə gündəmdə olması ilə əlaqədar şərhlərini paylaşıb. O, millət vəkillərinin türk dilində dərsliklərin hazırlanması tələbi ilə prezident Ruhaniyə müraciətlərini, eləcə də Qərbi Azərbaycan vilayətində “İstanbul türkcəsinin təhsil sistemində ciddi problem yaratdığına” dair İran rəsmilərinin iddiasını dəyərləndirib.