Hadi Qaraçay Təbriz Universitetində türk dili və ədəbiyatı bölümünün açılmasını şərh edir
Your browser doesn’t support HTML5
Təbriz Universitetində Türk Dili və Ədəbiyatı bölümünün açılmasına dair xəbərin yayılması ardından universitet məsulları və İran rəsmiləri açıqlamalarında bölümdə tədrisin “milli əlifba və Təbriz ləhcəsi əsasında” olacağı və iranlılığın mərkəzə alınacağını ifadə ediblər. Mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən şair və türk fəal Hadi Qaraçay həmin açıqlamaları “bizim dilimiz İran hüdudlarına sığışmaz” deyərək tənqid etsə də, Türk Dili və Ədəbiyyatı Bölümünü dəstəkləyən fəallara qarşı mövqe tutmadığını bəyan edir.