Altay Göyüşov sovetlərin milli kimlik siyasətini şərh edir
Your browser doesn’t support HTML5
Altay Göyüşovun söylədiyinə görə, 1937-ci ildə Sovet Azərbaycanındakı ağır siyasi şəraitdə etnik kimlik və dilin adının türk/türkcədən azərbaycanlı/azərbaycancaya dəyişdirilməsinə etiraz etmək imkanı yox idi. Tarixçi alim Amerikanın Səsinə müsahibədə həmin illərdə tətbiq edilən basqılar, o cümlədən Hüseyn Cavid kimi aydınların edamının dilin adının dəyişdirilməsi prosesi ilə əlaqədar olduğunu vurğulayır. O, həmçinin 1945-46-ci illərdə qurulan Azərbaycan Milli Höküməti ilə əməkdaşlıq etmək üçün Təbrizə göndərilən ziyalıların güneydə əhalinin özlərini türk kimi təqdim etməsindən təsir aldıqlarına dair maraqlı məlumata diqqət çəkir.