Qiyam niyə iflasa uğradı? [Təhlil]

Çevriliş cəhdi cərəyan etdikcə aydın oldu ki, qiyamın müəllifləri nə hərbi struktur, nə də ictimai-siyasi təsisatlar daxilində geniş dəstəyə malik deyillər. Türkiyənin heç bir müxalifət partiyası qiyama dəstək vermədi və hətta Ərdoğanın sivil cəmiyyət və mediadakı ən qatı dünyəvi əleyhdarları cəhdi pislədilər. "Türkiyə bəs qədər çevriliş görüb," deyə əksəriyyət baş verənlərdən uzaq durdu.

1960-cı ildən bəri baş vermiş dörd çevrilişdən ikisində hərbi rəhbərlik qiyamda iştirak etmişdi və onlar qiyamın müvəffəq olması üçün hərbi ierarxiyadan istifadə etmişdilər.

Ankara və İstanbulda atışmaların sədaları altında və 265 adamın ölümünə bais olan toqquşmalar fonunda yüksək rütbəli hərbi liderlər qiyamı rədd etdilər. Donanmanın başçısı və xüsusi qüvvələrin komandanları çevriliş başçılarının əleyhinə çıxış etdilər. Nə Baş Qərargahlar rəisi General Hulusi Akar, nə də Akar girov götürülmüşkən onun səlahiyyətlərini öz üzərinə götürən İstanbulda qərargahlanan ordunun rəhbəri qiyamda iştirak etmirdilər.

1960-cı ildən bəri baş vermiş dörd çevrilişdən ikisində hərbi rəhbərlik qiyamda iştirak etmişdi və onları qiyamın müvəffəq olması üçün hərbi ierarxiyadan istifadə etmişdilər. Cümə günü baş verən çevriliş cəhdi isə belə görünür ki, Birinci Ordunun tərkibində yer alan kiçik bir qrup zabitin əməli olub. Nümayişçilərlə üzləşən əsgərlərdən bəziləri manevr məqsədilə küçələrə çıxarıldıqlarını güman etdiklərini deyiblər.

Qiyam əleyhdarları Bosfor Körpüsünə toplaşır.

Bir çox hallarda çevriliş imitasiya xarakteri daşıyırdı. Çevrilişin müəllifləri əsas diqqəti prezident, və baş nazirin iqamətgahlarına, parlament binasına, Bosfor Körpüsünə, və Atatürk aeroportuna yönəltmişdilər. Onlar qısa müddətə dövlətə məxsus TRT-nin qərargahını tutmağa nail oldular.

Lakin qiyamçılar başqa kommunikasiya xətlərini ələ keçirmədilər. Prezident Ərdoğan NTV və CNN Türk kimi müstəqil kanallar vasitəsilə xalqa müraciət etmək imkanı qazandı.

Belə görünür ki, qiyamçılar çevriliş başladıqdan sonra başqa hərbi bölümlərin onların yardımına gələcəklərini güman edirdilər. Lakin reallıqda bunun əksi baş verdi. Silahlı qüvvələrin başqa qanadları onlara dəstək vermək əvəzinə, qiyamçılara qarşı mübarizəyə səfərbər edildi.