Məhəmməd Rza Heyət Təbriz Araşdırmalar İnstitutu haqda danışır
Your browser doesn’t support HTML5
Keçən aprel ayında Ankarada fəaliyyətə başlayıb və İranda türk toplumuna dair müxtəlif mövzularda elmi proqramlar hazırlayan Təbriz Araşdırmaları İnstitutunun başqanı Məhəmməd Rza Heyət Amerikanın Səsi ilə söhbətdə institutun hansı ehtiyaclara cavab olaraq təşkil edildiyini və üzərində fəaliyyət göstərəcəyi sahələri şərh edib. O, qurumun düşüncə mərkəzi kimi dizayn edildiyini və İrandakı “türklər və türklərlə əlaqədə olan millətlərin mədəni, ictimai, siyasi və iqtisadi həyatını araşdırmaq və nəticələrini nəşr etmək” hədəfi istiqamətində fəaliyyət göstərdiyini bildirib.