Yasəmən Qaraqoyunlu rəsmi Bakının milli kimlik siyasətini şərh edir
Your browser doesn’t support HTML5
“Türk dili adının dəyişdirilərək Azərbaycan dili qoyulması və millətin adından türk adının götürülməsi, kimliklə bağlı Stalinist azərbaycanlı konseptinin mənimsənilməsi quzeyin özündə də bir kimlik böhranı yaratmışdır,” deyə Yasəmən Qaraqoyunlu Azərbaycan Respublikasının rəsmi kimlik siyasətinin güneydəki milli hərəkata zərər verdiyini vurğulayır. Milli Elmlər Akademiyasının əməkdaşı Amerikanın Səsi ilə söhbətdə Azərbaycan Respublikası toplumu, aydınları və siyasi şəraitinin İran Azərbaycanında cərəyan edən milli hərəkat üzərində buraxdığı təsiri dəyərləndirib.