Vəhid Faizpur İranda türkcə kitabların nəşri haqda danışır
Your browser doesn’t support HTML5
Vəhid Faizpurun söylədiklərinə görə, İran Azərbaycanında türkcə yazı və nəşr fəaliyyətləri yürüdənlərin üzləşdiyi çətinliklərə baxmayaraq, toplumda kimlik mövzusuna diqqətin artması ilə bərabər türkcə kitablara rəğbət də artmaqdadır. Urmiyədən Amerikanın Səsinə danışan mədəni fəal İslam İnqilabından sonra İran Azərbaycanı və Tehranda türkcə kitab nəşrinin durumu, kitabların mövzu müxtəlifliyi və oxucu kütləsinə çatdırılması haqqında danışıb.