PanArmenian.net xəbər saytının verdiyi məlumata görə VTB-Ermənistan Bankı son döyüşlərdə həlak olan və ya itkin düşən əsgər ailələrinin bütün kredit borclarını silən növbəti maliyyə təsisatı olub.
"Biz əlimizdən gələni edirik ki, həlak olan əsgərlərin ailələrinin maliyyə yükünü azaldaq,” bankın yaydığı bəyanatda deyilir.
Həmçinin ACBA Kredit Aqricole Bankı öldürülmüş əsgərlərin ailələrinə məxsus borcların silindiyini elan edib.
Bundan öncə eyni addımı Armbiznesbank atmışdı.