Panama sənədləri beynəlxalq miqyasda təhqiqatlara yol açıb [Video]

Your browser doesn’t support HTML5

Panama kağızları - beynəlxalq skandal

Çin, Rusiya, Suriya prezidentləri, Barselonanının futbol ulduzu Lionel Messi kimi zəngin və məşhurların qaranlıq maliyyə sövdələşmələrinə dair məxfi sənədlərin yayılması beynəlxalq skandala səbəb olub. Qalamaqal bir çox ölkədə siyasətçilər, məşhur şəxslər və şirkətlərin ofşor yollarla çirkli pulları yumasına dair istintaqlara başladılmasına yol açıb.

Mən hökumətdə korrupsiyaya etiraz edirəm. Baş nazir pullarını Vircin adalarında gizlədir. Maliyyə Naziri gizli kampaniyalarda yer aldığını danır. Hamı yorulub.
Eynar Berqmundur, islandiyalı etirazçı

İslandiya paytaxtı Reykyavik minlərlə nümayişçinin etirazına səhnə olub. Onlar fırıldaqçılığa yol verən və vergilərdən yayınan ölkə rəhbərliyinin istefasını tələb edib.

"Mən hökumətdə korrupsiyaya etiraz edirəm. Baş nazir pullarını Vircin adalarında gizlədir. Maliyyə Naziri gizli kampaniyalarda yer aldığını danır. Hamı yorulub," Eynar Berqmundur bildirir.

Araşdırmaçı jurnalistlər deyir ki, Panamanın Mossak Fonseka hüquq şirkəti müştərilərinə çirlkli pulların yuyulmasına, vergilərdən yayınmaqda yardım edib.

Panama prezidenti Huan Karlos Varela qalmaqalla bağlı istintaqa göstəriş verən liderlər arasındadır.

"Biz ölkələrinin maliyyə sistemində şəffaflıqla mübarizə aparan ölkələrin müttəfiqiyik. Biz Panama və dünyanın digər ölkələrinin maliyyə sistemini müdafiə edən hər bir nəşr və araşdırmanın salamlayırıq," deyə Panama prezidenti bildirib.

Fransa, Almaniya, İspaniya və digər ölkələrin dövlət başçıları da təhqiqatlara göstəriş verib.

Araşdırmaçı jurnalist Vil Ftzqibbon Amerikanın Səsinə bildirib ki, çirkli pulların yuyulmasının fəsadları vegilərin deyil, həyatların itirilməsi olur.

Sənədləri nəzərdən keçirməyə başladıqda ABŞ Maliyyə Nazirliyinin iddiasına əsasən Suriya hökumətini neft və yanacaqla təmin edən şirkətlərin adlarına rast gəldik. Və biz bildiyimiz kimi, Suriya hökuməti uzun illər mülki əhalini bombardman edib.
Vill Fitzgibbon, jurnalist

"Sənədləri nəzərdən keçirməyə başladıqda ABŞ Maliyyə Nazirliyinin iddiasına əsasən Suriya hökumətini neft və yanacaqla təmin edən şirkətlərin adlarına rast gəldik. Və biz bildiyimiz kimi, Suriya hökuməti uzun illər mülki əhalini bombardman edib. Suriya hökumətini bu işdə təchiz etmiş şirkətin offşor şirkətlər yaratmasına icazə verilməsi offşor əməliyyatları ilə onun qurbanları arasındakı əlaqənin bariz nümunəsidir.”

Fitzgibbon sənədlərin müəyyən fərdlər və şirkətlərin spesifik tələblərini üzə çıxardığını deyib. Mossack Fonseca onlar üçün az vergi ödənişli şirkətlər təsis edib

Ofşor şitkətlərin təsisiçisi olan bu hüquq firması ittihamları əsassız adlandırır.

Hesabatda Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə aid 3 araşdırma da yer alır. AzadlıqRadiosunun hazırladığı video bu mövzudan bəhs edir.