Artum Dinc terrorizm haqda danışır

Your browser doesn’t support HTML5

Artum Dinc kimin tərəfindən və ya hansı etnik-məzhəbi qrupa qarşı həyata keçirildiyindən asılı olmayaraq, mülki əhaliyə qarşı terror hücumlarının insanlığa qarşı törədilən cinayət olduğunu deyir. Amerikanın Səsinə söhbətdə terror aktlarının etnik və dini qruplar arasındakı münasibətlərə təsirini dəyərləndirən təbrizli sosioloq həm hücumları həyata keçirən qrupları, həm də hücumların hədəf aldığı kütləni “mənsubu göründüyü etnik ya məzhəbi kimlik adına ümumiləşdirməyin” doğru olmadığını önə çəkir. O, bəzi mətbuat orqanlarında işlədilən “kürd terrorçu” ya “müsəlman terrorçu” kimi ifadələrin yanlış olduğunu vurğulayır.