Sonay Ruhi İranda qadınların durumu haqda danışır
Your browser doesn’t support HTML5
“Təəsüflə illərdir qadınlarda özünə inam hissini öldürüblər, danışmalarına icazə vermədikləri üçün danışma qabiliyyətlərini öldürüblər,” deyə Sonay Ruhi İran Azərbaycanında qadınların məruz qaldığı məhdudiyyətləri təsvir edir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Amerikanın Səsinə müsahibə verən Təbrizli sənətçi İranda hakimiyyət və toplumun qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlər eləcə də, sənət fəaliyyəti ilə məşğul olan qadınların üzləşdiyi çətinlikləri şərh edib.