Hüseyn Paşayi Türkiyəyə münasibətləri şərh edir

Your browser doesn’t support HTML5

Hüseyn Paşayi İrandakı siyasi cərəyanların Türkiyəyə baxışlarında ziddiyyətli məqamlar müşahidə etdiyini ifadə edir. Ankara Universitetində doktorluq dərəcəsi üzərində çalışan təbrizli siyasi ekspert Amerikanın Səsi ilə söhbətdə farsdilli media və xüsusilə ölkə xaricində fəaliyyət göstərən iranlı siyasi qrupların Türkiyədə baş verən olaylara münasibətlərini şərh edib. O, həmçinin həmin qrupların sərgilədiyi “anti-Türkiyə və anti-türk mövqe” qarşısında İran Azərbaycanından olan türk fəalların rəftar və təpkisini dəyərləndirib.