Donald Tramp Cənubi Karolina praymerizinin qalibi oldu

Donald Tramp qələbə nümayişi keçirir. Spartanburq, Cənubi Karolina. 20 fevral, 2016. Solunda qızı İvanka, sağında isə xanımı Melania dayanıblar.

Respublikaçıların Cənubi Karolina ştatında keçirdikləri praymerizdə Donald Tramp qalib gəlib. 34 faiz səs toplayan miyarder biznesmen hərəyə 22 faiz səs toplamış Florida Senatoru Marko Rubio və Texas Senatoru Ted Kruzu üstələyib.

Cənubi Karolina ştatındakı aşağı göstəricilərin ardınca Ceb Buş kampaniyasını dayandırdığını elan edib. O, Ben Karson və Con Keysiç adambaşı 10 faizdən az səs toplayıblar.

Tarixən Cənubi Karolina praymerizi Respublikaçı namizədin müəyyən edilməsində proqnozlaşdırıcı rol oynayıb..

Ötən həftə Nyu Hempşirdəki qələbəsinin ardınca Cənubi Karolinadakı zəfəri Donald Trampı Respubikaçılar Partiyasının namizədliyi uğrunda yarışda önə çıxarır.

Rubio və Kruz ikinci yer uğrunda qızğın mübarizə aparırlar. Onlar ümid edirlər ki, Trampı dəstəkləməyən yerdə qalan Respublikaçı seçicilərin dəstəklərini qazanacaqlar.

Cənubi Karolina seçicilərinin üçdə biri hərbi veteranlardan ibarətdir. Ekzit pollar göstərib ki, ən çox veteranların səsini qazanan iddialı Tramp olub.

Ted Kruz və Marko Rubio biznesmen siyasətçi Trampa səs verməyən seçicilərin dəstəyi uğrunda çarpışırlar.

Tarixən Cənubi Karolina Respublikaçı iddialılar arasında qızğın yarış məkanı olub. Belə ki bu ştatda qalib gələn iddialı 1980-ci ildən bəri 2012-ci il istisna olmaqla (həmin il Nyut Gingriç qalib gəlmişdi) sonda partiyanın namizədliyini qazanıb.

Bu ştat habelə iddialılar arasında sərt mübarizə taktikalarının işə salındığı məkan kimi tanınır. Şənbə günn keçirilən praymeriz ərəfisndə siyasətçilər bir-birlərinə qarşı sərt ittihamlar irəli sürüb, kəskin reklamlar sərigləyiblər.

Yarış son bir neçə gündə qismən bərabərləşsə də, Trampın burada uzun müddətdə əldə saxladığı üstünlük aradan qalxmayıb.