Klinton-Sanders debatında gərgin qarşıdurma

Prezidentliyə Demokrat iddialılar sabiq Dövlət Katibi Hillari Klinton və Vermont Senatoru Berni Sanders cümə axşamı Nyu-Hempşir ştatında təlatümülü debat keçiriblər. Bir neçə gün sonra bu ştatda praymeriz - ilkin seçkilər keçiriləcək.

Rəy sorğularında Klinton Sandersdən 20 xal geridə qalır. Klinton Sandersi çox cüzi səs fərqi ilə Ayova kokuslarında məğlub etmişdi. Ayova kokuslarının ardınca üçüncü Demokrat iddialı Martin O'Mailley yarışı tərk etdi.

Uoll Stritin dar günündə orta sinif ona yardım əlini uzatdı. İndi Uoll Stritin orta sinfə yardım əli uzatması vaxtıdır.
Berni Sanders

Bir vaxtlar qarşılıqlı nəzakət şəraitində qurulan münasibətlərdə artan şəkildə gərginlik hiss olunur. Dünənki debatda kimin daha proqressiv olması Klinton və Sanders arasında başlıca ixtilaf nöqtəsinə çevrilib. Sanders Klintonu Uoll Stritlə sıx əlaqələrdə və nitqlərinə görə korporasiyalardan külli miqdarda pul almaqda günahlandırır.

68 yaşlı Klinton ittihamlara cavab olaraq özünün “iş görə bilən proqressiv” adlandırıb. Klinton həmçinin byan edib ki, Sandersin müftə ali təhsil və tibbi qayğı barədə təklifləri qeyri-praktikdir.

Nyu Hempşirdə keçiriləcək ilkin seçkilərə bir neçə gün qalır.

74 yaşlı Sanders təklif etdiyi ideyaların radikal olduöunu inkar edib. Onun sözlərinı görə inkişaf etmiş başqa bütün ölkədələrdə ali təhsil və tibbi xidmət pulsuzdur.

O, maliyyənin Uoll Stridən gəlməli olduğunu vuröulayıb. “Uoll Stritin dar günündə orta sinif ona yardım əlini uzatdı. İndi Uoll Stritin orta sinfə yardəm əli uzatması vaxtıdır,” deyə o bildirib.

Senator deyib ki, Klinton bir vaxtlar özünü mötədil adlandırırdı. Amma heç kəs eyni zamanda mötədil və proqressiv ola bilməz.

İyuladək davam edəcək ilkin seçkilər mövsümündə Demokrat və Respublikaçılar partiyaları vahid namizədlərini müəyyən edirlər.