Senat Xarici Əlaqələr Komitəsinin sədri, Respublikaçı Bob Korker Suriya üzrə sülh danışıqları barədə skeptisizmini ifadə edib.
“İndiki məqamda bu, çox çətin olardı,” deyə cənab Korker Amerikanın Səsinə verdiyi geniş müsahibədə Suriya üzrə sülh danışıqlarında müsbət nəticənin perspektivlərini dəyərləndirib. “Mən, və zənnimcə hamı diplomatiyanı əlbəttə ki, dəstəkləyirik. Ancaq belə görünür ki, elementlər öz yerində deyil.”
Onların istədikləri humanitar məsələlərdə irəliləyiş baş verməyib. Hətta Əsədin nəzarət etdiyi həbsxanalarda olan qadınlar və zorlama nəticəsində doğulan uşaqlar belə azad edilməyib.
Cenevrədə keçirilən danışıqlar Suriyada çox sayda adamın ölümü ilə nətcələnən şiə məbədinə hücumdan sonra ciddi maneələrlə üzləşir. Cənab Korkerin sözlərinə görə üsyançıların əsas xahişlərinə hələ də əməl olunmayıb.
“Onların istədikləri humanitar məsələlərdə irəliləyiş baş verməyib. Hətta Əsədin nəzarət etdiyi həbsxanalarda olan qadınlar və zorlama nəticəsində doğulan uşaqlar belə azad edilməyib,” deyə Senator bildirib.
Bazar günün müraciətlə çıxış edən Dövlət Katibi Con Kerri Suriyadakı tərəfləri dialoqa səsləyib. O, hamını yaranmış fürsətdən yararlanmağa çağırıb.
Amma Senator Korkerin sözlərinə görə nə qədər ki, Əsədin qüvvələri döyüş meydanında üstünlüyü əldə saxlayır, onun taktikanı dəyişməsinə insentiv yoxdur.
“Yerdə faktlar dəyişir. Rusiya müdaxilə edib və onların, İranın yardımı sayəsində Əsəd irəliləyişlər əldə edib, komitə sədri bildirib.
İRAN
İranla nüvə anlaşmasına gəldikdə Senator Korker bu anlaşmaya qarşı çıxdığına baxmayaraq onun müvəffəq olmasına tərəfdar olduöunu ifadə edib.
Bu anlaşma əldə olunandan bəri İran BMT Təhlükəsizlik Şurasının ballistik raket testlərinə dair qətnamələrini pozub. Və buna heç bir cavab hələ ki, yoxdur.” Korker əlavə edib ki, Konqres İranı cavabdeh tutmaq üçün əlindən gələni edəcək.
Yəqin ki, ən yaxşı yol, anlaşmanı 'parça-parça' etmək yox, situasiyanı dəyərləndirmək və həmin məqamda harada asılı olmağımıza uyğun olaraq irəli getməkdir.
Prezident seçkiləri mövsümündə Respublikaçı namizədlərin anlaçmanı ləğv edəcəklərinə dair bəyanatına reaskiya verən Senator yeni prezidentin situasiyaya öz zamanında qiymətləndirməyi tövsiyə edir.
“Yəqin ki, ən yaxşı yol, anlaşmanı “parça-parça” etmək yox, situasiyanı dəyərləndirmək və həmin məqamda harada asılı olmağımıza uyöun olaraq irli getməkdir.”
Yanvarın əvvəlində Prezident Obama razılığı alqışalayaraq onun iranın nüvə ambisiyalarınn qarşısnı alacağını söyləmişdi.
ŞİMALİ KOREYA
Ötən həftə Senat Xarici Əlaqələr Komitəsi Şimali Koreyanın nüvə proqramına qarşı ikipartiyalı sanksiyaları təsdiq edib. Bu sanksiyalar Pxenyanın hərbi layihələrini təchiz edən və maliyyələşdirən obyektləri hədəf alır.
"Bu obyektlərin bəziləri Çinə məxsusdur. Şimali Koreyanın bu əməllərinin qarşısını alacaq əsas qüvvələrdən biri Çindir. Ola bilsin ki, bu sanksiyalar Çini irəliyə doöru addımlar atmağa sövq edəcək," deyə Senator Korker bildirib.
Senator etiraf edib ki, Pxenyan qarşı cəzalandırıcı ölçülərin gözlənilməz fəsadları ola bilər amma onun fikrincə hərəkətsizliyin riskləri daha böyükdür.
“Şimali Koreya rəhbərliyi çox qeyri-stabildir və ona görə də qarşıda bəzi irrasional hərəkətlər edə bilər. Odur ki, indidən Şimali Koreyanın trayektoriyasını dəyişməyə çalışmaq lazımdır. Əks təqdirdə Pxenyan qeyri-stabilliyi ilə situasiyaya nəzarəti əldə saxlamaqda davam edə bilər,” deyə Senat Xarici Əlaqələr Komitəsinin sədri əlavə edib.
Müsahibənin ingiliscə videosuna aşağıda baxa bilərsiniz:
Your browser doesn’t support HTML5