Kərim Əsgəri İrana sanksiyaların ləğvinin mümkün təsirlərini şərh edir

Your browser doesn’t support HTML5

Beynəlxalq münasibətlər üzrə eksperti Kərim Əsgəri Amerikanın Səsi ilə söhbətdə beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra İranın Qərb və qonşu ölkələrlə münasibətləri, eləcə də ölkə daxilində iqtisadiyyat, siyasət və insan haqları üzrə durumun hansı istiqamətdə dəyişəcəyi haqda düşüncələrini paylaşıb. Sanksiyaların İranın iqtisadiyyat və sənayesinə vurduğu zərbəyə işarə edən Əsgərinin dediklərinə görə, sanksiyaların aradan qaldırılması İran üçün dəyərli bir fürsətdir. Belə ki, illər boyu tətbiq edilən qadağaların effekti İran üçün dağıdıcı olub.