"Biz Feministlər" layihəsi - Türkmən Gəmiçi ilə söhbət
Your browser doesn’t support HTML5
Güneyli qadın fəalların “Biz Feministlər” adlı veb səhifəsi, eləcə də Facebook və Instagram kimi sosial şəbəkələrdə yürütdükləri onlayn kampaniya İran Azərbaycanında qadınların üzləşdiyi çətinliklər həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlar haqqında xəbərləri gündəmə gətirir. Layihənin əməkdaşlarından olan Türkmən Gəmiçi Amerikanın Səsi ilə söhbətdə “Biz Feministlər”-in hədəfləri və fəaliyyətlərini şərh edib.