Hadi Qaraçay azlıqlara qarşı təhqiramiz rəftardan danışır
Your browser doesn’t support HTML5
Güneyli şair Hadi Qaraçay Amerikanın Səsi ilə söhbətdə əslən türk olub, amma İranda yürüdülən kimlik siyasəti təsirində müxtəlif etnik qrupları aşağılayan sənətçilərə qarşı konkret mövqe sərgiləməyin zəruri olduğunu vurğulayıb. Son vaxtlar məşhur iranlı aktyor Əkbər Əbdinin İran televiziyasının canlı proqramında Səudiyyə Ərəbistanına səfəri ilə bağlı bir xatirə anladarkən dilə gətirdiyi sözlər ərəblərə qarşı irqçi ifadələr kimi dəyərləndirilib və İran mediasının gündəminə çıxıb. Hadi Qaraçay həmin olayla bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.