Saleh Molla-Abbasi güneyli məktəblilərin durumu haqda danışır
Your browser doesn’t support HTML5
Seçki kampaniyalarında İranda ana dilinin məktəblərdə oxudulmasına dair vədlər verən Həsən Ruhaninin prezidentliyə seçilməsindən iki ildən artıq keçsə də bu il də İran Azərbaycanında məktəblər türk dilində hər hansı dərs proqramı olmadan açıldı. Şərqi Azərbaycanın Əhər şəhərindən Amerikanın Səsinə danışan türk dil haqları müdafiəçisi Saleh Molla-Abbasi bu vədlərin sadəcə seçkilər dönəminə məxsus olduğunu vurğulayır.