Mehdi Nəimi İranda dil siyasətini dəyərləndirir

Your browser doesn’t support HTML5

“Hakimiyyət baxdı ki, haqlarını tələb edən etniklər və millətlər arasında onlara ən yaxın olanı kürdlərdir. Çünki onlar, kürdcəni İran dillərinin bir qolu sayırlar,” deyə Mehdi Nəimi Amerikanın Səsi ilə söhbətdə ali təhsil ocaqlarında kürd dili və ədəbiyatının tədrisinə yol açan daxili amilləri şərh edib. Bu yaxınlarda prezident Həsən Ruhaninin Kürdüstan vilayətinə səfəri zamanı Kürdüstan Universitetində kürd dili və ədəbiyyatı ixtisasının tədrisinə başlanacağının elan edilməsi ana dilində təhsil haqlarından məhrum edilən Azərbaycan fəallarının diqqətini cəlb edib.