Alimlər effektiv ebola vaksininə yaxın olduqlarını deyirlər.
Dünya Səhiyyə Təşkilatı rəsmiləri Qvineyada aparılmış kliniki sınaqların kifayət qədər uğurlu olduğunu və əksər hallarda ebolaya yoluxmanın qarşısını aldığını xəbər verirlər.
Britaniya tibb jurnalı Lancet ilkin nəticələri və təhlilləri dərc edib.
Ötən ilin başlanğıcında Qərbi Afrikada vüsət alan ebola epidemiyası Liberiya, Qvineya və Sierra Leonedə 11,000 adamın həyatına son qoyub.
Əgər bu effektiv olarsa, oyun büsbütün dəyişəcək - hazırkı və gələcək ebola epidemiyalarına qarşı mübarizə metodları dəyişəcək.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan Cenevrədə müxbirlərə bildirib ki, alimlər, həkimlər, donorlar və dərman şirkətləri vaksinin hazırlanmasına yaxından əməkdaşlıq ediblər.
"Əgər bu effektiv olarsa, oyun büsbütün dəyişəcək - hazırkı və gələcək ebola epidemiyalarına qarşı mübarizə metodları dəyişəcək," deyə Çan mətbuat konfransında bildirib.
Vaksininin inkişaf etdirilməsində alimlər "çevrə" adlanan metoddan istifadə ediblər.
Afrika kəndində ilk ebola halı qeydə alınan kimi alimlər xəstə adamla təmasda olmuş hamını peyvənd ediblər.
Dərhal vaksin edilən 2,014 adamdan heç biri ebolaya yolxumayıb. Üç həftə sonra vaksin edilən 2,380 adam isə 16 nəfəri sonradan ebola ilə diaqnozlanıb.