Məhəmməd Rəhmanifər İranda türkdilli nəşrlər haqda danışır
Your browser doesn’t support HTML5
Təbriz şəhərindən Amerikanın Səsinə danışan yazar və tərcüməçi Məhəmməd Rəhmanifər türk və fars dillərində yayımladığı kitablarının məzmunu haqda məlumatlandırıb. Bu kitabların oxucular tərəfindən necə qarşılandığını açıqlamaqla yanaşı ümumiyyətlə İranda türk dil və mədəniyyəti və Azərbaycan məsələləri üzrə kitab nəşr edənlərin durumu və üzləşdikləri çətinliklər haqda cənab Rəhmanifər düşüncələrini ifadə edib.