Çərşənbə günü Təbriz Əl-Zəhra, Şəhid Mədəni və Sina xəstəxanalarının tibb bacıları "vəzifəsinə görə əlavə ödəmə" dövlət layihəsinə etiraz edir.
Layihəyə əsasən tibb bacıları gördükləri işə görə maaş almalıdır. Belə ki, cərrahiyyə əməliyyatlarında iştirak edənlər daha çox və xəstələrə qulluq edən şəfqət bacıları daha az maaş ödənəcək.
Tibb bacıları bu lahiyəni ədalətsiz adlandırır.
Nəsr news-un məlumatına görə, etirazların davamı olaraq sabah saat 10-da Təbriz Taleqani xəstəxanası tibb bacıları da aksiyaya qoşulacaq.
Həmin mənbə bildirir ki, Təbriz Şəhid Mədəni Kardiologiya Xəstəxanasının əməliyyat otağı etirazlara görə bir gün bağlanıb və sabahkı aksiyalara görə daha bir gün bağlı olacaq.
Təbrizin Tibb Elmləri Universiteti aksiyalara münasibət bildirməyib.
Rəsmilərin aksiya iştirakçılarının tələbinə cavab verməməsi xəstələrə ciddi ziyan vurub.